Modern.az

Paşinyan erkən seçkiyə getməsinin səbəbini açıqladı

Paşinyan erkən seçkiyə getməsinin səbəbini açıqladı

10 Yanvar 2023, 12:40

Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinə getmək barədə qərarının səbəbini açıqlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb.

 

Baş nazir qeyd edib ki, bu, onun məsuliyyətdən yayınmamasının göstəricisidir.

 

"Mən heç zaman məsuliyyətdən qaçmamışam, buna görə də növbədənkənar seçkilər oldu. Ölkədə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır", - Paşinyan deyib.

 

Ermənistan baş naziri müxalifətin tənqidlərinə münasibət bildirərək ölkənin inkişafı üçün çalışmağın lazım olduğunu diqqətə çatdırıb.

Bu xəbər ilə bağlı
Paşinyandan Naxçıvan mesajı: Bu, vacibdir!
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər