Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə bağlı narazılığını ifadə edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.
"Ermənistan müstəqilliyini əldə edəndən bəri təhlükəsizliyinin qarantı Rusiya olub. Biz məsələni hər zaman bu cür qoymuşuq, yenə də belə qoymalıyıq. 2021-ci ilin mayında sərhəddə insident olanda biz müttəfiqlərimizə, ilk növbədə Rusiyaya müraciət etdik və konkret addımlar gözlədik. Amma belə cavab aldıq ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya edilməyib, buna görə də Ermənistan sərhədinin pozulmasını təyin etmək mümkün deyil. Biz rusiyalı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik ki, gələcək münasibətlərimizi qurarkən qırmızı xəttin haradan keçdiyini başa düşməliyik. Məsuliyyət zonası haradır?", - deyə Ermənistan baş naziri söyləyib.