Modern.az

İmran Xan həbs oluna bilər

İmran Xan həbs oluna bilər

10 Yanvar 2023, 13:26

Pakistanın keçmiş baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib.

 

Modern.az Pakistan mətbuatına istinadən xəbər verir ki, İmran Xan və onun partiya yoldaşları girov qarşılığında sərbəst qala bilərlər.

 

Bir müddət əvvəl İmran Xan və onun partiya yoldaşları - Əsəd Umar və Fəvad Çaudri antimüdafiə qaydalarını pozduqları üçün Seçki Müşahidə Komissiyası və Ali Məhkəmə qarşısındakı dinləmələrə gəlməkdən imtina ediblər.

 

Məhkəmə iclaslarına dəfələrlə gəlməkdən imtina edərək hakimiyyəti təhqir etmələri səbəbindən onların və başqa müxalif siyasətçilərin həbsinə icazə verilib. Bildirilib ki, keçmiş baş nazir və yaxınları onlara qarşı irəli sürülən ittihamları uydurma hesab edirlər.

 

Qeyd edək ki, 2022-ci ilin aprelində parlamentin Aşağı Palatası İmran Xana etimadsızlıq göstərilməsinə dair səs verib. Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) sədri Şahbaz Şərifi yeni baş nazir seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər