Modern.az

ABŞ Əfqanıstandan Ukraynaya görə çıxıb - Patruşev

ABŞ Əfqanıstandan Ukraynaya görə çıxıb - Patruşev

Dünya

10 Yanvar 2023, 13:37

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev 2021-ci ilin avqustunda ABŞ-ın Əfqanıstandan çıxmasının səbəbini açıqlayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ABŞ-ın bu addımını Ukrayna ilə əlaqələndirib.

 

"ABŞ qoşunlarının Əfqanıstandan qəfil çıxarılması əsasən diqqəti Ukraynaya yönəltmək zərurətindən irəli gəlirdi. Rusiyaya qarşı yeni hərbi təhdidlər qarşısında elə bir ordunun və xüsusi xidmət orqanlarının olması vacibdir ki, heç kimin bizimlə döyüşmək ağlına belə gəlməsin", - deyə Patruşev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər