Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Aydınlıq" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır: “Normallaşma prosesinin üçüncü mərhələsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir”.
Xatırladaq ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini açıq şəkildə bildirmişdi.
“Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi güman edilir”, - nəşr qeyd edib.