Modern.az

Braziliyada baş verənlər qəbuledilməzdir - Çavuşoğlu

Braziliyada baş verənlər qəbuledilməzdir - Çavuşoğlu

10 Yanvar 2023, 14:10

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadakı proseslərə münasibət bildirib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə CAR-a səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında danışıb.

 

"Braziliyadakı olaylar qəbuledilməzdir. Biz zorakılığın dayandırılmasına çağırırıq", - deyə XİN başçısı bildirib.

 

Çavuşoğlu Ukraynadakı müharibədən də danışıb: "Biz inanırıq ki, Rusiya-Ukrayna müharibəsi müzakirə masasında sona çatacaq".

 

Qeyd edək ki, Braziliyada sabiq prezident Jair Bolsonaronun tərəfdarları iğtişaşlar törədib. Bolsonaro son seçkilərin nəticəsini tanımadığını bəyan edib və ABŞ-a gedib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər