Modern.az

Peskov general Lapinin təyinatını gizlətdi – “Ola bilər ki, məxfidir”

Peskov general Lapinin təyinatını gizlətdi – “Ola bilər ki, məxfidir”

Dünya

10 Yanvar 2023, 14:18

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov general-polkovnik Aleksey Lapinin Quru Qoşunları Baş Qərargahının rəisi təyin olunmasına münasibət bildirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov faktı nə təsdiq, nə də təkzib edə biləcəyini deyib.

 

"Lapinin təyinatı ilə bağlı prezident Vladimir Putinin imzaladığı hansısa qərara açıq mənbələrdə rast gəlinməyib. Amma prezidentin "məxfi" qrifi ilə qərarlarının ola biləcəyini də xatırladıram", - deyə Kremlin mətbuat xidmətinin rəhbəri söyləyib.

 

Qeyd edək ki, sözügedən təyinatla bağlı RBK Rusiya Müdafiə Nazirliyindəki mənbələrinə istinadla məlumat yaymışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi