Modern.az

Kürdə suyun səviyyəsi YÜKSƏLDİ

Kürdə suyun səviyyəsi YÜKSƏLDİ

Ölkə

11 Aprel 2026, 20:11

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.

Modern.az xəbər verir ki, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.

Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.

Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb. Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?