Modern.az

Moskva KTMT təlimlərinə görə Paşinyana cavab verdi

Moskva KTMT təlimlərinə görə Paşinyana cavab verdi

10 Yanvar 2023, 14:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2023-cü ildə qurumun təlimlərini keçirməyə hazırlaşmayan Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcək.


Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.


“Moskva İrəvanla bütün məsələləri, o cümlədən indi çox çətin olanlar üzrə dialoqu davam etdirəcək”, - Peskov əlavə edib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bugün keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvan KTMT təlimlərinin Ermənistanda keçirilməsini məqsədəuyğun saymayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər