Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində növbəti əməliyyat keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbulda təşkil olunub.
11 fərqli ünvana eyni vaxtda basqın edilib. Nəticədə 11 PKK-çı saxlanılıb. Həmçinin xeyli sayda rəqəmsal material aşkarlanaraq götürülüb.
Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmalar və hüquqi prosedurlar davam etdirilir. Bundan sonra da terrorla mübarizə tədbirlərinin davam etdiriləcəyi bildirilib.