Ukraynanın bir sıra vilayətlərində həyəcan siqnalı verilib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, raket zərbələri barədə məlumatlar var.
Bildirilib ki, Dnepropetrovsk və Xarkov vilayətləri ərazisində hava hücumu ilə bağlı həyəcan siqnalı elan edilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.