Modern.az

Türkiyədə yenə meşələr alovlandı - Güclü yanğın

Türkiyədə yenə meşələr alovlandı - Güclü yanğın

10 Yanvar 2023, 17:42

Türkiyədə daha bir meşə yanğını qeydə alınıb.

 

Modern.az "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Denizli vilayətində olub.

 

Belə ki, vilayətin Mərkəzəfəndi rayonundakı meşə massivində yanğın başlayıb. Əraziyə texnikalar cəlb olunub, Denizli bələdiyyəsinin yanğınsöndürənləri yanğına müdaxilə ediblər, söndürülmə işləri davam etdirilir.

 

Yanğının səbəbi hələlik məlum deyil.

 

Qeyd edək ki, 2021-ci ilin yayında Türkiyədə geniş meşə yanğınları baş vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?