Modern.az

Çavuşoğlu "Maarif Vəqfi"nin açılışını etdi

Çavuşoğlu

Dünya

10 Yanvar 2023, 17:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasında (CAR) "Maarif Vəqfi"nin filialının açılışını edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində məlumat verib.

 

Bildirilib ki, filial Pretoriya Universitetində yerləşir.

 

"Pretoriya Universitetində Maarif Türkiyə Çalışmaları Mərkəzini açdıq. Təhsil sahəsindəki əməkdaşlığımızı davam etdirəcəyik", - deyə Çavuşoğlu qeyd edib.

 

Xatırladaq ki, Türkiyə XİN başçısı CAR-da səfərdədir və səfər çərçivəsində həmkarı ilə görüş keçirib.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər