Modern.az

Daha bir ölkə Ukraynaya artilleriya silahı verəcək 

Daha bir ölkə Ukraynaya artilleriya silahı verəcək 

Dünya

10 Yanvar 2023, 23:25

İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğuları göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Bilstrom məlumat verib.

 

O, artilleriya qurğularının sayını və nə vaxt göndəriləcəyini açıqlamayıb.

 

Bilstrom bildirib ki, Ukrayna Qərbdən daha çox hücum silahı almalıdır. Diplomat “Expressen” jurnalına müsahibəsində Ukraynaya “Archer” qurğularının verilməsi qərarını təsdiqləyib.

 

Onun sözlərinə görə, hazırda məsələ Stokholmun silahı göndərib-göndərməməsi deyil, onun nə vaxt verilməlidir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər