Modern.az

Zelenski Medvedçuku və 3 deputatı vətəndaşlıqdan ÇIXARDI

Zelenski Medvedçuku və 3 deputatı vətəndaşlıqdan ÇIXARDI

Dünya

11 Yanvar 2023, 08:02

Ukraynanın xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri olan Viktor Medvedçukun vətəndaşlığı əlindən alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

O, daha 3 deputat – Andriy Derkaç, Taras Kozak, Renat Kuzminin də Ukrayna vətəndaşlığından çıxardığını açıqlayıb.

 

“Əgər xalqın seçdikləri Ukrayna xalqı yerinə Ukraynaya gələn qatillərə xidməti seçirlərsə, hərəkətlərimiz də buna uyğun olacaq”, - Prezident deyib.

 

Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayında isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər