Modern.az

Türkiyədən Rusiya və Ukraynaya yeni TƏKLİF

Türkiyədən Rusiya və Ukraynaya yeni TƏKLİF

11 Yanvar 2023, 10:06

Türkiyə Rusiya və Ukrayna tərəflərinə yeni təklif təqdim edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklifdə iki ölkə arasında humanitar dəhlizin yaradılmasından söhbət gedir.

 

Bu təklifi Türkiyənin ombudsmanı Şeref Malkoç açıqlayıb.

 

Belə ki, Türkiyə Rusiya və Ukrayna arasında humanitar məqsədlər üçün istifadə olunacaq dəhlizin yaradılmasını və bunun üçün vasitəçilik etməyə hazır olduğunu çatdırıb.

 

Qeyd edək ki, Türkiyə bundan əvvəl də tərəflər arasında vasitəçilik təklifləri irəli sürüb. Rusiya-Ukrayna danışıqları, əsir mübadiləsi prosesi Türkiyədə keçirilib. Bundan başqa, taxıl sazişinin imzalanması gerçəkləşdirilib.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?