Modern.az

Etirazlara səbəb olan eks-prezident: Tezliklə qayıdacağam

Etirazlara səbəb olan eks-prezident: Tezliklə qayıdacağam

Dünya

11 Yanvar 2023, 10:32

Braziliyanın ABŞ-da olan sabiq prezidenti Jair Bolsonaro tezliklə ölkəsinə geri dönəcəyini açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Bolsonaro ekstradisiyaya ehtiyac olmadığını bildirib.

 

"Tezliklə özüm Braziliyaya qayıdacağam", - eks-prezident söyləyib.

 

Qeyd edək ki, Braziliyada son prezident seçkilərindən sonra iğtişaşlar başlayıb. Seçkilərdə məğlub olan Bolsonaro nəticələri tanımadığını açıqlayıb və ABŞ-ın Florida ştatına gedib. Etirazçılar onun ölkəyə ekstradisiya olunmasını tələb edirdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər