Ermənistanda müxalif Daşnaksütun partiyasının funksionerlərinin yaşadıqları mənzillərdə axtarış aparılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə parlamentdə müxalifəti təmsil edən "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan məlumat verib.
O bildirib ki, axtarışlar paytaxt İrəvanda və Ararat vilayətində aparılıb. Deputatın sözlərinə görə, saxlanılan olmayıb.
"Bu, hakimiyyətin siyasi məqsədlərlə törətdiyi növbəti qanunsuz əməllərindən biridir", - deyə deputat əlavə edib.
Partiya funksioneri Qerasima Vardanyanın vəkili Benik Qalstyan isə hüquqlarını müdafiə etdiyi şəxsin Artaşatdakı evində də axtarış aparıldığını və onun hansısa işlə bağlı dindirilməyə çağırıldığını açıqlayıb.