Modern.az

İranda ölən etirazçıların sayı 520-yə çatıb

İranda ölən etirazçıların sayı 520-yə çatıb

Dünya

11 Yanvar 2023, 11:45

İranda keçirilən etiraz aksiyalarında 520 nəfər həlak olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir.

 

Məlumata görə, aksiyalarda 19 396 nəfər həbs olunub. Onlardan 4888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunan şəxslərdən 708 nəfəri tələbədir. Ümumilikdə nümayişlərə 144 universitetin tələbələri qoşulub.

 

Bundan əlavə, ölkənin 163 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər