Modern.az

Türkiyə sərhədçiləri əməliyyat keçirdi - Terrorçular yaxalandı

Türkiyə sərhədçiləri əməliyyat keçirdi - Terrorçular yaxalandı

Dünya

11 Yanvar 2023, 12:44

Türkiyə sərhədçiləri qanunsuz yollarla ölkəyə girməyə və ölkədən çıxmağa çalışan şəxsləri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

 

Bildirilib ki, Türkiyədən qanunsuz şəkildə Suriya və Yunanıstana qaçmağa cəhd edən 6 nəfər, Suriyadan Türkiyəyə keçməyə çalışan 2 nəfər olmaqla, ümumilikdə 8 nəfər saxlanılıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, onlardan 5-i terrorçudur. Belə ki, 3 nəfərin FETÖ, 2 nəfərin isə PKK/PYD/YPG terror təşkilatının üzvü olduğun üzə çıxıb.

 

Saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər