Modern.az

İran qonşu ölkənin səfirini XİN-ə çağırıb etiraz etdi

İran qonşu ölkənin səfirini XİN-ə çağırıb etiraz etdi

Dünya

11 Yanvar 2023, 13:06

İraqın Tehrandakı səfiri İraq rəsmilərinin Fars körfəzi üçün istifadə etdiyi adla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.


Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.


"İraqla strateji, qardaşlıq və dərin münasibətlərimiz olsa da, bu məsələyə etirazımızı açıq şəkildə bildirdik. İraq səlahiyyətlilərinin Fars körfəzi üçün saxta ad işlətməsindən sonra İraq səfirini Xarici İşlər Nazirliyinə çağırdıq və biz bu məsələyə münasibət bildirdik”, - bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü deyib.
 

Qeyd edək ki, İraq rəsmilərinin Fars körfəzi əvəzinə Ərəb körfəzi ifadəsini işlətməsi neçə gündür İran rəsmilərini qıcıqlandırıb.

Ötən cümə günü İraqın Bəsrə şəhərində Səudiyyə Ərəbistanı, İraq, Oman, Yəmən, Bəhreyn, Küveyt, Qətər və BƏƏ futbol komandalarının iştirakı ilə 25-ci beynəlxalq yarış start götürüb. Yarışın adı “Ərəb körfəzi kuboku” kimi təqdim edilib. İran isa buna etiraz edərək, yarışın adının “Fars körfəzi kuboku” kimi yazılmasını tələb edib.

İran Futbol Federasiyası ərəb dövlətlərinin Fars körfəzi üçün Ərəb körfəsi adından istifadə etməsinə görə FİFA-ya şikayət edəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər