İsrail Prezidenti İsaak Hersoq Türkiyə səfirinin etimadnaməsini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Hersoq "Twitter" hesabında məlumat paylaşıb.
“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram. Münasibətlərimizi möhkəmləndirmək və tarixi əlaqələrimizi inkişaf etdirmək istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, - paylaşımda qeyd olunub.