Modern.az

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Dünya

11 Yanvar 2023, 15:40

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi prosesi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın ombudsmanı Tatyana Moskalkova məlumat verib.

 

Onun sözlərinə görə, tərəflər qarşılıqlı şəkildə 40 hərbi əsiri geri qaytarıb. Beləliklə, 80 əsir vətəninə qayıdıb.

 

Qeyd edək ki, sonuncu əsir mübadiləsi 8 yanvar tarixində baş tutmuşdu. Hər iki tərəf bir-birinə 50 əsir qaytarmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi