Modern.az

Əli Əsədov Mişustinlə danışıqlar apardı

Əli Əsədov Mişustinlə danışıqlar apardı

11 Yanvar 2023, 16:30

Azərbaycanın Baş naziri Əli Əsədov və rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi sahədə əməkdaşlıqla bağlı aktual məsələləri və birgə layihələrin realizasiyasının gedişini, o cümlədən nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

 

Eyni zamanda baş nazirlərin telefon danışığında hökumət xətti ilə aparılacaq təmaslar qrafiki də müzakirə mövzusu olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi