Modern.az

Putin hökumətin iclasında naziri təhqir edib? - Peskov açıqladı

Putin hökumətin iclasında naziri təhqir edib? - Peskov açıqladı

11 Yanvar 2023, 17:50

Kremlin sözçüsü Dmitri Peskov bu gün hökumətin iclasında prezident Vladimir Putinin sənaye və ticarət naziri Denis Manturovu danlaması barədə xəbərlərə aydınlıq gətirib.

 

Modern.az TASS-a istinadən bildirir ki, toplantı zamanı Rusiya prezidenti nazirə 2023-cü il üzrə hava yolu ilə sifarişləri sürətli şəkildə tamamlamaq göstərişi verib.

 

Peskov hökumət iclasının adi iş prosesi çərçivəsində keçdiyini bildirib.

 

"Putinin Manturova qarşı heç bir ciddi iradı yoxdur", - deyə prezidentin sözçüsü vurğulayıb.

 

Mətbuatda yayılan xəbərlərə görə, Putin iclasda naziri danlayıb və ona ağır şəkildə cavab verib.

 

Belə ki, Putin hökumət üzviləri ilə görüşdə sənaye və ticarət naziri Denis Manturova 2023-cü il üçün təyyarə sifarişlərinin təmin edilməsi üzrə işləri bir ay ərzində və bundan gec olmayaraq başa çatdırmağı tapşırıb. Denis Manturovun vəziyyəti izah etmək cəhdinə Vladimir Putin belə cavab verib: “ Siz doğurdanda nə gicləyirsiniz? Vaxt çox gecikir. Xahiş edirəm bu işi sürətləndirəsiniz. Yaxşı, müəssisələrdə 2023-cü il üçün müqavilə yoxdur, buna nə deyirsiniz? Siz dediniz ki, pasport yoxdur. Yaxşı, nə vaxt olacaqlar? Və hələ ki, heç bir müqavilə yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi