Modern.az

NATO tankları Ukraynaya göndəriləcək 

NATO tankları Ukraynaya göndəriləcək 

11 Yanvar 2023, 18:40

Lvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini bildirib. 

 

Modern.az xəbər verir ki, o, bunun beynəlxalq koalisiya çərçivəsində həyata keçiriləcəyini deyib.

 

“Biz qərara gəldik ki, Polşa tərəfinin bu cür dəstəyi Ukraynaya verilsin. “Leopard” tanklarından ibarət qrup beynəlxalq koalisiyanın tərkibində təhvil veriləcək”, - deyə Polşa prezidenti vurğulayıb.

 

Qeyd edək ki, Polşada 240-dan çox "Leopard 2" tankı var.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi