Modern.az

İsveç yeni nüvə reaktorları tikəcək 

İsveç yeni nüvə reaktorları tikəcək 

11 Yanvar 2023, 22:35

İsveç hökuməti yeni nüvə reaktorlarının inşasına icazə verən qanun layihəsini parlamentə təqdim edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Ulf Kristersson məlumat verib.

 

Kristersson elektrik istehsalını artırmağı və enerji təhlükəsizliyini gücləndirməyi hədəflədiklərini bildirib.

 

"Daha çox yerdə nüvə reaktorlarının inşasına imkan verəcək qanunlar hazırlayırıq. Bu qanun önümüzdəki günlərdə parlamentə təqdim ediləcək", - baş nazir vurğulayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi