Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimov vəfat edib.
Modern.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Murtaza Rəhimov 1934-cü ildə Başqırdıstanda anadan olub. 1990-1993-cü illərdə Başqırdıstan Ali Sovetinin sədri olub. Rəhimov 1993-cü ilin dekabrında Başqırdıstan Prezidenti seçilib və 2010-cu ilə qədər bu vəzifədə qalıb.
2010-cu ildən Murtaza Rəhimov URAL Xeyriyyə Fondunun İdarə Heyətinin sədri idi. O, 2010-2012-ci illərdə "Başneft"in Direktorlar Şurasının üzvü olub.
Akif İsmayılov