Özbəkistan Kommunist Partiyasının birinci katibi, SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri olmuş partiya xadimi Rafik Nişanov vəfat edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun ailəsinə yaxın media nümayəndəsi məlumat verib.
Bildirilib ki, uzun illər Rusiyada yaşayan R.Nişanov 96 yaşında ölkə xaricində dünyasını dəyişib. Hazırda onun dəfni ilə bağlı məsələlər ailəsi tərəfindən qərarlaşdırılır.
Qeyd edək ki, R.Nişanov 1926-cı ildə anadan olub. Milliyyətcə özbəkdir. O, tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.