Modern.az

KTMT-nin mövqeyi aydındır - Zaxarovadan Paşinyana növbəti cavab

KTMT-nin mövqeyi aydındır - Zaxarovadan Paşinyana növbəti cavab

12 Yanvar 2023, 15:32

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova növbəti dəfə Ermənistanı tənqid edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.

 

"KTMT-nin Ermənistanla Azərbaycan arasında məsələnin həllinə reaksiyası bir sıra siyasətçilərin fikirləri ilə üst-üstə düşmürdüsə, bu o demək deyil ki, o, bəlli deyildi. Mən KTMT-nin reaksiyasını qeyri-müəyyən adlandıra bilmərəm. Tərəflər arasında razılaşmalar və müəyyən edilmiş fəaliyyət planı var ki, ondan yayınmaq lazım deyil. Rusiyanın mövqeyində yox, Ermənistan tərəfinin yanaşmalarında çox şey aydın deyil", - deyə Zaxarova bəyan edib.

 

O qeyd edib ki, Moskva regional təhlükəsizlik üçün vacib olan kifayət qədər ciddi mövzularda İrəvanın mövqeyində uyğunsuzluqlar görür.

 

"Rusiya Ermənistanın rəsmi nümayəndələrinin hansı fikirdə olduğunu, o cümlədən ikitərəfli kanallar vasitəsilə aydınlaşdırmağa çalışır. Moskva vasitəçi kimi İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün hər şeyi edir", - deyə XİN rəsmisi əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?