Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Bursada olub.
Belə ki, əks istiqamətlərdə hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Avtomobil yük maşının altında qalıb. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.