Modern.az

Türkiyə Lvovda Fəxri Konsulluq açmaq istəyir

Türkiyə Lvovda Fəxri Konsulluq açmaq istəyir

Dünya

12 Yanvar 2023, 17:20

Türkiyə Ukraynanın Lvov şəhərində Fəxri Konsulluq açmağı planlaşdırır.

 

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu barədə Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Güldere məlumat verib.

 

Onun sözlərinə görə, Lvov Türkiyənin beynəlxalq əməkdaşlığının ən əhəmiyyətli regionlarındandır: “Fəxri konsulluğun açılması birgə layihələrin həyata keçirilməsinə, beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”.

 

Diplomatik qurumun bu il fəaliyyətə başlaması planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?