Modern.az

Zelenski narkomandır - Zaxarova ABŞ-a səsləndi

Zelenski narkomandır - Zaxarova ABŞ-a səsləndi

13 Yanvar 2023, 11:48

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin pullu informasiya resurslarına media məkanında onun üzərində ciddi işləməyi tapşırdığını açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Zaxarova ABŞ-ın onu hədəf aldığına eyham vurub.

 

Nazirlik sözçüsü qeyd edib ki, Dövlət Departamentinin saytında onun üstünə qırmızı hərflərlə "yalan" sözü yazılmış şəkilləri yerləşdirilib.

 

“Deyirlər ki, Zaxarova əvvəllər yaxşı idi, indi isə pis olub. Mən sizi məyus edəcəyəm: Mən heç vaxt çox yaxşı olmamışam", - Rusiya XİN rəsmi nümayəndəsi deyib.

 


Zaxarova ABŞ-a eksperiment keçirməyi təklif edib. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin narkotikdən istifadə etdiyini bildirib və Dövlət Departamentinin bunu inkar edib-etməyəcəyini görmək istədiyini bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?