Modern.az

“Qarabağın statusuna Fransa qərar vermir” - Fransız spiker

“Qarabağın statusuna Fransa qərar vermir” - Fransız spiker

13 Yanvar 2023, 15:52

“Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir”.

Modern.az xəbər verir ki, bunu yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive fransalı jurnalistin sualını cavablandırarkən deyib.

“Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”, - Yael Bron-Pive bildirib.
 

Fransa Milli Assambleyasının spikeri Laçın yolu ilə bağlı sualı insanların gediş-gəlişinə maneənin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Yael Bron-Pive siyasi danışıqların Laçın yolunin bağlı olduğu şəraitdə davam etdirilə biləcəyi ilə bağlı suala belə cavab verib: “Bəli, mən dialoqa inanan adamam və hesab edirəm ki, bundan heç vaxt imtina etmək olmaz, sülh naminə hər zaman danışıqlara cəhd etmək lazımdır”.

Fransız spiker deyib ki, bu gün tərəflər arasında dialoqa qayıtmaq vacibdir.

"Minsk Qrupu mövcud dialoq platformalarından biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Və bu gün çox vacibdir ki, bütün iştirakçı tərəflər bu dialoqa qayıtmağa razı olsunlar. Biz parlamentarilər də Minsk Qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq”, - Yael Bron-Pive bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi