Modern.az

TDT rəhbəri Macarıstan baş naziri ilə görüşüb - YENİLƏNİB 

TDT rəhbəri Macarıstan baş naziri ilə görüşüb - YENİLƏNİB 

13 Yanvar 2023, 23:47

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Baş nazir Macarıstanın Türk dünyası ilə dərin əlaqələrinin inkişafına verdiyi önəmi vurğulayıb, təşkilatın zəngin ortaq irsini və dəyərlərini təbliğ etməklə, Macarıstan tərəfinin çoxşaxəli əməkdaşlığı təşviq etdiyini deyib. Həmçinin üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlıq, mədəniyyətlərarası təmas və mədəni mübadiləni artırmaq istiqamətində dəstəyini bir daha diqqətə çatdırıb.

 

V.Orban Macarıstanın TDT çərçivəsində iqtisadi, kommersiya və investisiya əlaqələrinin inkişafı, daha da möhkəmləndirilməsi təşəbbüslərinə davamlı dəstəyini ifadə edib və Səmərqənd Zirvə toplantısında qəbul edilmiş qərarların həyata keçirilməsi üçün təşkilat çərçivəsində fəaliyyətlərdə aktiv iştirak etməyə hazır olduğunu bildirib.

 

Görüşdə TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələr nəzərə alınmaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, Macarıstanın su idarəetməsi və quraqlığın qarşısının alınması sahəsində təcrübəsindən istifadə edilərək, quraqlığın Türk ölkələrinə mənfi təsirlərini azaltmaq üçün Budapeştdə yaradılacaq TDT Quraqlığın Qarşısının Alınması İnstitutunun mühüm rolu vurğulanıb.

 

Tərəflər TDT çərçivəsində mədəniyyət, təhsil, gənclər və idman fəaliyyətlərinin əhəmiyyətini qeyd edib, universitetlər arasında genişləndirilmiş əməkdaşlıq imkanlarını, o cümlədən Dünya Köçəri Oyunları, Turan Konqresi və Teqball turnirlərini araşdırmaq məqsədilə Macarıstan universitetlərini Türkiyə Universitetlər Birliyinə fəal cəlb etməyə hazır olduqlarını bildiriblər.

 

Həmçinin TDT-nin Budapeştdəki nümayəndəliyinin TDT ölkələri, Macarıstan və Avropa təsisatları arasında əməkdaşlığın təşviqində mühüm rolundan bəhs olunub.

 

***

16:10

 

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançıbek Omuraliyev Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

 

Bu xəbər ilə bağlı
Türk Dövlətləri Təşkilatının baş katibi Macarıstanda - FOTO
Xəbəri oxu

Modern.az xəbər verir ki, bu barədə TDT-nin tviter səhifəsində məlumat verilib.

 

Paylaşımda tərəflər arasında görüşün keçirilməsi qeyd olunub.

 

Omuraliyev bundan əvvəl Macarıstan XİN başçısı ilə də görüşmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi