Filippində daşqınlar nəticəsində azı 20 nəfər ölüb, bir nəfər itkin düşüb. Səkkiz vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti 13 rayonda 552 mindən çox insana ziyan vurub.
Hazırda 80 min nəfər 127 təxliyə mərkəzindədir. Ən azı 9,2 min nəfər evlərini tərk edib, ölkənin 12 rayonunda təbii fəlakətlə bağlı 905 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.
Daşqınlar 171 yol və 44 körpünü zədələyib, 24 dəniz limanına ziyan vurub.
486 şəhər və 113 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 30 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.