Bu gün səhər saatlarında Gürcüstanda zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Azərbaycan sərhədinə yaxın ərazidə qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.