Modern.az

Çində 1 ayda 60 min insan koronavirusdan ölüb

Çində 1 ayda 60 min insan koronavirusdan ölüb

14 Yanvar 2023, 18:23

Çində son bir ayda 60 min insan koronavirusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP Çin rəsmi qurumlarına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Çində 8 dekabr 2022-ci il tarixindən 12 yanvara qədər 59 938 nəfər koronavirusa yoluxmadan ölüb.

 

Bu rəqəm yalnız tibb müəssisələrində qeydə alınan ölüm hallarına aiddir. Məlumatlara birbaşa virus səbəbiylə tənəffüs çatışmazlığı səbəbindən 5503 və koronavirusla birlikdə müşayiət olunan xəstəliklər səbəbindən 54 435 nəfər ölüb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?