Çexiyada 13-14 yanvar tarixlərində keçirilən prezident seçkilərində bülletenlərin 100%-i sayılıb.
Modern.az yerli "Novinky" nəşrinə istinadən xəbər verir ki, seçici fəallığı 68,24% təşkil edib.
Ümumilikdə seçki məntəqələrinə 5 milyon 626 min 824 seçici gəlib. Səslərin 99,21 faizi etibarlı sayılıb.
Məlumata görə, seçkilərdə NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel 35,4% səslə qalib gəlib. Ölkənin keçmiş baş naziri Andrey Babiş isə 34,99% səs qazanıb. Digər namizədlər 15%-dən az səs toplayıb.
Beləliklə, seçkilərdə ən çox səs toplayan iki namizəd yanvarın 27-28-də keçiriləcək ikinci tur seçkilərdə yarışacaq.
***
19:06
Çexiyada 13-14 yanvar tarixlərində baş tutan prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.
Modern.az yerli "Irozhlas" agentliyinə istinadən xəbər verir ki, seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd keçmiş baş nazir Andrey Babiş və NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel olub.
Seçkilərdə ümumilikdə 8 namizəd iştirak edib. İlkin nəticələrə görə, Babiş 37.8%, Pavel 32,7%, digər namizədlər 4-13% arası səs toplayıb.
Mövcud qaydalara əsasən, heç bir namizəd 50% səsi keçə bilmədiyi üçün ən çox səs toplayan iki namizəd ikinci turda yarışacaq. İkinci tur yanvarın 27-28-də keçiriləcək.
Akif İsmayılov