Almaniyanın Luzern bölgəsində açıq kömür mədəninin genişləndirilməsinə etiraz məqsədilə 6000 nəfər aksiya keçirib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, aksiyada dünyaca məşhur iqlim fəalı Qreta Tunberq də iştirak edib.
Şimali Reyn-Vestfaliya əyalətinin qərbində yerləşən bölgədə keçirilən aksiyada iştirakçılar polislə toqquşub. Polis dəyənəklərlə etirazçıları geri itələyib.
Bundan əlavə, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan da istifadə edib.
Akif İsmayılov