Türkiyədə ehtiyatsızlıqdan quyuya düşən kişinin həyatı xilas edilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulda olub.
Belə ki, İstanbulun Eyüpsultan rayonundakı parklardan birində yaşlı kişi diqqətsizlik edərək qazıntı işləri gedən ərazidəki 10 metrlik quyuya düşüb.
Əraziyə çağırılan fövqəladə hallar qrupu həmin şəxsi quyudan çıxarıb.
Müxtəlif bədən xəsarətləri alan kişiyə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulansla xəstəxanaya yola salınıb.