Modern.az

Almaniya Ukraynaya 110 tank verəcək

Almaniya Ukraynaya 110 tank verəcək

Dünya

15 Yanvar 2023, 11:20

Almaniya Ukraynaya 110 "Leopard" markalı tank verəcək.

 

Modern.az xəbər verir ki, bunu "Bild" nəşrinə müsahibəsində Almaniyanın "Rheinmetall" konserninin rəhbəri Armin Papperger deyib.

 

"22 ədəd "Leopard 2" və 88 ədəd "Leopard" tankımız var, lakin hakimiyyət icazə verərsə, onları Ukraynaya göndərmək üçün hazırlamaq bir il çəkər. Döyüş əməliyyatlarına hazırlaşmaq üçün tanklar tamamilə sökülüb yenidən yığıldığı üçün hazırlıq bir ilə yaxın davam edir", - deyə konsern rəhbəri vurğulayıb.

 

Onun sözlərinə görə, nəzəri olaraq, Almaniya Silahlı Qüvvələri "Leopard"ları öz ehtiyatlarından Ukraynaya çatdıra və ya digər ölkələrə təkrar ixrac etməyə icazə verə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?