Rusiya prezidenti Vladimir Putin nepallı həmkarı Bidhya Devi Bhandariyə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Başsağlığı məktubunda Putinin Nepalın Pohkar şəhərində baş verən təyyarə qəzasına görə kədərləndiyi qeyd olunub.
Xatırladaq ki, Nepalda 72 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 4 Rusiya vətəndaşı da həlak olub.