Modern.az

Növbəti təyyarə qəzası - 3 nəfər həlak oldu

Növbəti təyyarə qəzası - 3 nəfər həlak oldu

15 Yanvar 2023, 13:30

Cənubi Afrika Respublikasında təyyarə qəzası olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

 

Hadisə Yohannesburq şəhərində baş verib. Belə ki, yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

 

Məlumata görə, təyyarənin göyərtəsindəki şəxslərdən sağ qalan olmayıb.

 

Hazırda hadisənin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?