Çində yanğınla müşayiət olunan partlayış olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Lyaonin əyalətində qeydə alınan hadisə kimyəvi məhsullar istehsal edən zavodlardan birində baş verib.
Naməlum səbəbdən baş verən partlayışdan sonra zavod yanmağa başlayıb. Xeyli sayda ölən və yaralananların olduğu barədə məlumatlar var.
Hadisənin səbəbləri araşdırılır.