Türkiyədə növbəti dəfə meşə yanğını qeydə alınıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Hatay vilayətində olub.
Vilayətin Arsuz rayonunda yerləşən meşə massivində səbəbi məlum olmayan yanğın başlayıb.
Yanğınsöndürən qüvvələrin 1 saatlıq gərgin fəaliyyətindən sonra yanğını nəzarət altına almaq mümkün olub.
Bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və meşənin yanmasının səbəbləri öyrənilir.