Afrikada yerləşən Burkina-Fasoda silahlılar meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum edib.
Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, yanvar ayının 12-si və 13-də baş vermiş hücumlar zamanı ölkənin şimalında 60-a yaxın qadın qaçırılıb.
Ölkənin silahlı qüvvələri və yerli özünümüdafiə bölmələri oğurlanan qadınların axtarışını davam etdirir. Dövlət rəsmiləri hücumların terror qruplaşmaları tərəfindən həyata keçirildiyini açıqlayıb.