Modern.az

İran Rusiyadan Su-35 qırıcıları alacaq

İran Rusiyadan Su-35 qırıcıları alacaq

Dünya

15 Yanvar 2023, 21:50

İran Rusiyadan müdafiə sistemləri, raketlər və helikopterlər alacaq.

 

Modern.az xəbər verir ki, bunu "Tansim" xəbər agentliyinə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Komissiyasının üzvü Şəhriyar Heydəri deyib.

 

Onun sözlərinə görə, Rusiyadan sifariş edilən silahlar 2023-cü ilin martında təhvil alınacaq. Deputat bildirib ki, İrana eyni zamanda Rusiyanın Su-35 qırıcıları da gətiriləcək.

 

“Biz Rusiyaya müdafiə sistemləri, raketlər və helikopterlər sifarişlər vermişik və bu silahların əksəriyyəti tezliklə ölkəyə daxil olacaq”, - deyə Heydari bildirib.

 

Ötən ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi Rusiyadan Su-35-lərin alınmasının gündəmdə olduğunu açıqlamışdı.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?