Modern.az

KTMT-nin 3 təlimi Belarusda keçiriləcək

KTMT-nin 3 təlimi Belarusda keçiriləcək

Dünya

15 Yanvar 2023, 22:07

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dörd hərbi təlimindən üçü Belarus ərazisində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Pavel Muraveyko STV-yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, sentyabrda Belarusda KTMT hərbi qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər, həmçinin kəşfiyyat və arxa cəbhə təlimləri baş tutacaq.

 

"Bütün bunlar sentyabr ayında ölkəmizin ərazisində baş verəcək", - deyə Muraveiko qeyd edib.

 

Xatırladaq ki, 2023-cü ildə KTMT-yə Belarus sədrlik edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?