Modern.az

Soledar uğrunda döyüşlər davam edir - ZELENSKİ

Soledar uğrunda döyüşlər davam edir - ZELENSKİ

Dünya

15 Yanvar 2023, 23:37

Rusiya Donetsk və Luqansk vilayətləri uğrunda döyüşü özü üçün prinsipial məsələyə çevirib.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı deyib.

 

O qeyd edib ki, Soledar və Baxmut, eləcə də bütün Donetsk və Luqansk vilayətləri uğrunda döyüş fasiləsiz davam edir.

 

"Bu istiqamətdə işğalçını məhv etməyin nə qədər vacib olduğunu başa düşən döyüşçülərimizə, əsgərlərimizə, çavuşlarımıza, zabitlərimizə təşəkkür edirəm", - Zelenski bildirib.

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Soledarın ələ keçirildiyini elan edib. Ukrayna məlumatı təkzib edib və döyüşlərin davam etdiyini bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?